Bu gün, insanın geyiminə görə zabit, idmançı, müəllim olduğunu, həmçinin dekoruna əsasən — həkim otağını, idman zalını asanlıqla müəyyən etmək olur.
Beləliklə, geyim və əşyalar insanın cəmiyyətdə və həyatda mövqeyini əks etdirir.
Dekorativ sənətin bütün nümunələri insanların bir-biri ilə əlaqəsini müəyyən edən xüsusiyyətdir.
Bəzəmək — əşyaya məna vermək, sahibinin rolunu müəyyən etməkdir.
Yaradıcı fəaliyyət. Mövzu üzrə hər hansı bir dövrə aid süjetli rəsm çəkməyə çalışın. İnsanın mövqeyini geyim və bəzək vasitəsilə göstərməyi unutmayın.
|