Ən qədimdən insan özünü və istifadə etdiklərini bəzəyərdi. Qədim ovçu vəhşi heyvan dişlərindən düzəldilmiş boyunbağı gəzdirərdi. Boyunbağıda olan dişlərin sayı ovlanan heyvanların sayına bərabər olardı. Bu işarə ovçunun qəbilə sakinləri qarşısında bacarıq və gücünün nümayişi idi.
Döyüşçülər hücumdan qabaq bədənlərini qorxunc naxışlarla bəzəyərdilər ki, onları həm qorusun, həm də düşməndə vahimə yaratsın.
Qəbilə başçısı lələklərdən dəbdəbəli baş geyimi, əlvan bəzəkləri və bədənindəki döymələri əyləncə xatirinə gəzdirmirdi. Belə bəzənməklə o, tayfada özünün xüsusi mövqeyini bildirirdi.
Keçmiş zamanlarda əlamətdar günlərdə Şərq və Qərb hökmdarları qızıl və gümüşü saplarla işlənmiş, qiymətli daş-qaşlarla bəzədilmiş təmtəraqlı libas geyinərdilər.