SUMAX
Xüsusiyyəti: böyük ölçülü, tərs üzündə kilkəli iplik çıxıntıları olur.
Material: yun.
Dekor-naxış: kompozisiyası medalyon — göl adlanan mərkəzi hissə və haşiyələrdir. Bitki və heyvan motivləri həndəsi formalardan ibarətdir. Fonu tünd qırmızı və tünd göy rəngli olur .
İstifadə təyinatı (funksiya): döşəməyə sərilir.
Göl naxışı və onun elementləri
Xovsuz xalçaların adları, növ və bəzəkləri müxtəlif olsa da, əsas təyinatı doğma ocağa — yurda rahatlıq və yaraşıq gətirmək idi. Gün-güzəranın sevinc və xoşbəxtlik rəmzi olan bu xalçalar “məişət xalçaları” da adlandırılardı.
Sumax — bitki adıdır. Narıncılı qəhvəyi rəng bu bitkidən alınardı. Sumax üçün hazırlanan iplikləri bu rəngə boyayardılar. Müəyyən vaxt keçdikdən sonra bu rəng çaları qəhvəyili qırmızı rəng alardı.
Yaradıcı fəaliyyət. Tanış olduğunuz xovsuz xalça növlərindən birinə aid nümunə yaradın. Ona xas olan naxışları, rəng həllini, xüsusiyyətləri nəzərə almağı unutmayın.
|