ŞƏDDƏ
Xüsusiyyəti: divardan asılarkən saçaqları yanlarda olur. Sadə və süjetli kompozisiyalıdır.
Material: yun.
Dekor-naxış: üfüqi sırada dəvə karvanı, atlılar, dəvə və sarvan fiqurlarının ritmik cərgəsi bu xalçaların ənənəvi bəzək süjeti sayılardı.
İstifadə təyinatı (funksiya): döşəməyə salınar, divardan asılardı.
|
ZİLİ və VƏRNİ
Xüsusiyyətləri: iri xalıdır, iri naxış elementləri kvadrat formalarda təkrarlanır. Material: yun. Dekor-naxış: heyvan, quş və həndəsi ornamentlərlə, “S” hərfini xatırladan naxışla bəzənərdi. Bu naxış həm su, həm də “əjdaha”nın stilizə edilmiş simvolu hesab olunur. İstifadə təyinatı (funksiya): döşəməyə sərilir.