CECİM
Xüsusiyyəti: ensiz və uzun, nazik və hamar toxunuşlu olur.
Material: yun.
Dekor-naxış: şaquli, rəngarəng zolaqlar üzərində sadə həndəsi formalı naxışlardan ibarətdir.
İstifadə təyinatı (funksiya): döşəməyə salınar, bu toxuma üsulundan döşək üzlüyü, mütəkkə, pərdə, kişi və qadın üst geyimlərinin tikilməsində istifadə olunardı.
Cecim naxışları. Nümunə
KİLİM
Xüsusiyyəti: yüngül, ikiüzlüdür. Üzü və astarı (arxası) eyni olduğundan, hər iki tərəfini də istifadə edirlər.
Material: yun.
Dekor-naxış: sadə həndəsi fiqurlardan — üçbucaq, romb və trapesiyadan ibarət naxışlar olur.
İstifadə təyinatı (funksiya): döşəməyə salınır.