İlmələrə hopan doğma təbiət, insanların həyat tərzi — simvol və naxışlara çevrilərək xalçaları bəzəyərdi.
Elimizin qız-gəlinləri kiçik yaşlarından toxuculuq sənətinin sirlərinə yiyələnər, doğma ocaqlarını öz əlləri ilə bəzəyərdilər.
Yurdumuzun müxtəlif guşələrində toxunan xovsuz xalça növləri rəng çaları, kompozisiya quruluşuna və ornament zənginliyinə görə bir-birindən fərqlənərdi.
Ən qədim dövrlərdən yurdumuzu şöhrətləndirən xalçaçılıq — xalq sənətinin əsas qollarından biridir.
Yaradıcı araşdırma: xovsuz xalça növləri
PALAZ
Xüsusiyyəti: sadə və qaba olur.
Material: kətan və yundan toxunur.
Dekor-naxış: sadə, enli və ensiz, rəngli üfüqi zolaqlardan, bəzən zolaq üzərində sadə həndəsi naxışlardan ibarətdir.
İstifadə təyinatı (funksiya): döşəməyə salınar, geyim kimi istifadə edilərdi.
“Palaza bürün, elnən sürün” — el məsəlini necə başa düşürsünüz? |