Məişət və mədəniyyəti əks etdirən incəsənət əsərləri tarixin canlı şahididir. Bu əsərlər müxtəlif üslubda olsa da, onların bizə çatdırdığı hadisələr, obraz və geyim təsvirləri tarixi keçmişimizin zəngin irsidir.
Yaradıcı fəaliyyət. Qadın və ya kişi geyiminin xarakterik xüsusiyyətlərini öz rəsminizdə göstərməyə çalışın. Burada o dövrün insanlarının həyat tərzi, məşğuliyyətini göstərməyi unutmayın. Geyimin forma və elementlərini, naxış və bəzəklərini elə çəkin ki, geyim sahibinin yaşına, ailə vəziyyətinə uyğun olsun.
|