Kişi üst geyimi ipək, atlaz, kətan və digər parçalardan tikilərdi. Papaq, üst köynəyi, arxalıq, çəpkən, çuxa (çiyinlik)şalvar kişi geyiminin əsas hissələri idi. Maldarlıqla məşğul olanlar yapıncı geyərdilər. Yağış və qar suyu keçirməyən, insanı bürküdən (istidən), soyuq və küləkdən qoruyan yapıncı həm də yorğan-döşək kimi istifadə olunardı.

Çuxa — kişi üst geyimi — vəznəliçərkəzi adlanardı: bel hissədən büzməli və ya qırçınlı olardı. Tirmə və mahud kimi parçalardan hazırlanardı. Ağ çuxa — bəxtəvərlik, qara çuxa — bədbinlik əlaməti idi. Kəmərdən isə xəncər (silah) asılardı.

Yaradıcı araşdırma:
xalq geyimləri —
forma və elementlər.

Kişi geyimi (üst köynəyi, arxalıq, çəpkən, çuxa və şalvar) haqqında məlumat toplayın. Geyim və onun elementlərində naxışsimvolların mənasını izah edin.