Yaradıcı araşdırma: sənətkarlıq: dulusçuluq və dəmirçilik
Qala kəndində xalq sənətinin ən qədim növlərindən olan dulusçuluq və dəmirçilik sənəti daha çox inkişaf etmişdi.
Kiçik dəmirçilik emalatxanaları nalbənd adlanardı. Orada ancaq nal hazırlanar və at ayağına (dırnağına) nal vurulardı.
|
Qala—Dövlət Tarix-Etnoqrafiya qoruğunun xalqımızın tarixi, milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası, həmçinin onların təbliği sahəsində əhəmiyyəti böyükdür.
Yaradıcı fəaliyyət. Tarix və Etnoqrafiya muzeyinə aid ekspozisiya çəkin. Bu, sənətkarlıq nümunələri və ya yaşayış evi də ola bilər. Bu tapşırıqda keçmiş və müasir dövrü birləşdirərək çəkə bilərsiniz: məsələn, müasir ev interyeri çəkin, keçmiş dövrə aid məişət əşyaları ilə bəzəyin. Siz məişət əşyalarından ibarət olan bu ekspozisiyanı sinif otağında və ya evdə də yarada bilərsiniz.
www.azhistorymuseum.az, http://gala-museum.org
|