Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində doqquz otaqdan ibarət H.Z.Tağıyevin xatirə muzeyi yaradılmışdır.
Arxeoloji abidələrlə zəngin olan Azərbaycanın Abşeron diyarındakı qədim yaşayış məskənlərindən biri də Qala kəndidir.
Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir. Bu kənd dövlətimiz tərəfindən mühafizə edilən ərazi olduğundan, onu Qala qoruğu adlandırırlar. Qoruq Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb.
“Qala” sözü məğlubedilməz yer mənasındadır. Xalq təsəvvürlərində isə kəndin adı “Qəllə” sözündəndir, yəni “taxıl, bərəkət” mənasında işlənir.