Etnoqrafiya fondu Azərbaycan xalqı haqqında məlumatları — onun adət-ənənələrini toplayaraq tədqiq edir və öyrənir. Fondda olan eksponatların sayı 9 minə yaxındır. Fondda mis, bürünc, tunc, ağac, çini, gil, daşdan hazırlanmış əmək alətləri, məişət əşyaları saxlanılır.
|
Arxeologiya — yunan sözü, “archaios” — qədim və “logos” — söz, elm
deməkdir. Qədim maddi mədəniyyət nümunələrini öyrənən elm.
Etnoqrafiya — yunan sözü, “etnos”— xalq, “qrafis” isə təsvir etmək
deməkdir. Etnoqrafiya elminin başlıca vəzifəsi — xalqın mədəni irsini öyrənmək,
tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir.
Antik — latın sözü, “antiquus” — qədim deməkdir.