Yaradıcı araşdırma: haşiyə motivlərinin müxtəlifliyi
Azərbaycan xalçalarını bəzəyən haşiyə — naxış zolaqlarında müxtəlif təbiət və həndəsi motivlər təsvir olunur və xalçanın kompozisiyasını tamamlayır. Stilizə olunmuş heyvan, quş və bitki təsvirləri bu haşiyələrin əsas elemenləridir.
Haşiyənin mərhələlər üzrə çəkilmə ardıcıllığı:
Bitki
motivli
haşiyə
Heyvan
motivli
haşiyə
Yaradıcı fəaliyyət. Müxtəlif motivlər fikirləşin və onların əsasında haşiyə yaratmağa çalışın. Bu haşiyəni yalnız bitki, quş, heyvan və ya hər üçünün birgə təsvirindən yarada bilərsiniz. Haşiyəni müxtəlif də tamamlamaq olar. Naxış ritmindən yaranan ornamentdəki rəng seçiminə diqqət yetirin: haşiyənin fonu tünd, naxış elementləri isə kontrast rənglərdə ola bilər.
Xalça naxışlarında əsas simvollar hansılardır? Xalça üzərindəki naxışlar necə yaranıb? |
Motiv — ornamental süjet elementi.
Ornament — naxışın ardıcıl düzülüşü. Ornamentdə elementlər
müəyyən qaydada yerləşir.