Daxmada ən çox yer tutan — hana adlanan toxuculuq dəzgahı idi. Onda qadınlar xalça toxuyardılar. Ən gözəl xalçalar bu sadə dəzgahda yaranardı.
Döşəməyə sərilən əlvan rəngli zolaq və naxışlarla bəzənmiş xalça növləri — palaz və kilim də bu dəzgahın məhsulu idi.
|
Abbas Hüseyni.
Azərbaycan ailəsi
Sadə kəndli daxması əsl müdriklik ocağı idi. Ailənin güzəranı ilə bağlı olan əşyalar daxmaya öz nizam və harmoniyası ilə rahatlıq gətirərdi.
Daxma interyeri Azərbaycan xalqının yaratdığı “əsl incəsənət” nümunəsi sayıla bilər.
|