Yuxarı başda dayanan sandıq daxmanın bütün sirlərini qoruyardı. O, nazik metal lövhə ilə üzlənmiş dördkünc taxta qutudur. Bayram libaslari, zinət əşyaları olan mücrü bu sandıqda saxlanardı.
Kəndli evində təsadüfi əşyaya rast gəlməzsən: yataq dəsti, cəhrə, nehrə, səhəngin daxmada öz yeri var. Şamdan və lampa isə ya pəncərədə, ya da ki, rəflərin birində ayrıca qoyulardı.
Yaradıcı araşdırma: daxmanın interyeri
Artırmanı keçib daxmaya daxil olarkən, təbiətin ruhu duyulan mühit gözə dəyərdi. Tavan altındakı dərinlikdə, divarboyu uzanan ləmədə məcməyi, sini, sərpuş, kəfkir, gil və mis küpələr düzülərdi. Ləmədən asılan üçbucaq formalı pərdəbaşı otağa xüsusi yaraşıq verərdi.
Yuxarı başda, xalça üzərində ev sahibinin silahları asılardı. Mütəkkə və döşəkçələr də bu hissəyə döşənərdi. Ən vacib hadisələr burada baş verər, ən əziz qonağa bu yerdə süfrə açılardı. Daxmanın bərəkəti sayılan çörək boğçası isə tavandan asılardı.
Azərbaycan daxmasının interyerində əsas əlamətləri sadalayın. |
Ləmə, rəf — tavanın altında, divarboyu, qab-qacaq düzülən (dərinlik) yer.
Taxça — qab-qacaq üçün nəzərdə tutulmuş, rəflərə bölünmüş oyuq.
Camaxatan — yorğan-döşək, sandıq qoymaq üçün divarda açılan dördkünc