2
VOKALİZ
Yalnız səslə ifa olunan sözsüz melodiya “vokaliz” adlanır.
Mahnını vokaliz şəklində və notla oxuyaq
Musiqisi Tofiq Quliyevindir.
Bəstəkar Tofiq Quliyevin «Görüş» filminə yazdığı «Arzular» mahnısının melodiyasından bir parçanı
vokaliz şəklində oxuyaq və 3/4 xanə ölçüsü ilə
dirijorluq edək.
Musiqi dinləyək: “Şahzadə Qara qızıl” cizgi
filmindən “Vokaliz”
Musiqisi Oqtay Rəcəbovundur.
BUNU DA BİLİN
“Şahzadə Qara
cizgi filmində neft şahzadəsi
ən uca qadın səsi — “soprano”
ilə vokaliz oxuyur.
Mahnı oxuyaq
“Araz” mahnısını əvvəlcə vokaliz şəklində oxuyun,
sonra 2/4 xanə ölçüsünə uyğun dirijorluq edin.
ARAZ
Musiqisi Asəf Zeynallının,
sözləri Rəsul Rzanındır.
I
Araz, Araz, daşqın Araz,
Dalğaları aşqın Araz.
Könlüm kimi coşqun Araz,
Nə gözəldir gözün sənin!
Araz, Araz, daşqın Araz,
Dalğaları aşqın Araz.
II
Axıb getmə əbəs yerə,
Süd ver körpə əkinlərə.
Çiçəklənsin düzən-dərə,
Dilə düşsün sözün sənin.
Araz, Araz, daşqın Araz,
Dalğaları aşqın Araz.