26
Musiqi dinləyək : Qara Qarayevin «Don Kixot qravürləri»
əsərindən «Aldonsa» hissəsi
Musiqidə zəriflik, məhəbbət hissləri Aldonsanın obrazında öz təzahürünü
tapır.
Mahnı öyrənək
Musiqisi Niyazinin,
sözləri Süleyman Rüstəmindir.
I
Əcəb ağ gündədir mənim Vətənim,
Günlər keçir bayram kimi, el gülür.
Rəngdən-rəngə girir çölüm, çəmənim,
Aşığın sazında gülür, tel gülür.
Nəqərat:
Gülür bağlar, uca dağlar,
Əcəb gözəldir bu şən çağlar.
II
Tütək çalır, deyir dağda çobanlar:
«Bizi azad edən dahi sağ olsun.
Eşidilməz artıq ahlar, fəğanlar,
Dostlar gülsün, yadlar saralıb-solsun».
Nəqərat:
“Vətən haqqında mahnı” “Bayatı-Şiraz” muğamına əsaslanır, 6/8
xanə ölçüsündə, şən-oynaq xarakterlidir, orta tempdə səslənir.
Vətənpərvərlik mövzusunda yazılmış bu mahnıda doğma yurdun təbiəti
sanki rəssam fırçası ilə işlənib.
Sual və tapşırıqlar
1. “Don Kixot” qravürü ilə “Don Kixot” simfonik qravürləri
hansı incəsənət sahələrini birləşdirir?
2. “Don Kixot” əsəri — Pablo Pikasso, Qriqori Kozintsev
və Qara Qarayevi necə bir araya gətirib?
3. Qara Qarayevin “Don Kixot qravürləri” əsərindən “Aldonsa” nı dinləyin. Musiqidə Don Kixot obrazını ədəbiyyatdakı
Don Kixot obrazı ilə müqayisə edin.
4. YouTube üzərindən axtarış üçün açar sözlər: Qara Qarayev,
“Don Kixot qravürləri”, “Aldonsa”.