XIX əsrin sonlarında Azərbaycan torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlananlara qarşı silahlı kəndli dəstələri yaranırdı. Belə dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun həyat yoldaşı, adı nəğmələrdə əbədiləşmiş Həcər xanım də Qaçaq Nəbi ilə çiyin-çiyinə vuruşurdu. 1985-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Qaçaq Nəbi" filmi el qəhrəmanının şücaətindən bəhs edir.
Solo: | Düşmənin gözündə qoydun kamını, Qırdın, parçaladın istehkamını, Döyüşə səfərbər etdin hamını. |
Xor: | Nəslimiz adını daşıyır, Həzi, Ölməmiş, həmişə yaşayır Həzi. |
Solo: | Sevdin hər əsgəri övladın kimi, Qorudun adını öz adın kimi, Vətənin gül açdı muradın kimi. |
Xor: | Nəslimiz adını daşıyır, Həzi, Ölməmiş, həmişə yaşayır Həzi. |