Bəstəkar Üzeyir Hacıbəyli “Koroğlu” operasını “Koroğlu” dastanının motivləri əsasında işləyib. Bu qəhrəmanlıq dastanının əsasında 1960-cı ildə eyniadlı film də çəkilib. Filmdə xalq qəhrəmanı Koroğlunun obrazı yaradılıb. “Koroğlu” bədii filminin ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Hüseyn Seyidzadə, bəstəkarı Cahangir Cahangiroväur. Filmdə Koroğlu rolunda Əfrasiyab Məmmədov çəkilib. “Koroğlu” operasındakı “Uvertüra” xalqın yaxşı və pis günlərinin əvəzsiz yol yoldaşı olmuş, onu ruhlandırmış və mübarizəyə səsləmişdir. “Uvertüra” fransız sözü olub “açmaq” deməkdir. Əsərə çəkilmiş eyniadlı filmdəki xalq qəhrəmanı Koroğlu obrazını görəndə qulaqlarımızda “Koroğlu” operasındakı “Uvertüra” səslənir. Operada Koroğlu obrazının ilk ifaçısı Bülbül olub.
«Azərbaycan xalq musiqisində qəhrəmanlarımıza, onların döyüş yoluna həsr olunmuş mahnılardan biri də “Qaçaq Nəbi” mahnısıdır.