Muğamlar iki cür olur: Muğam dəsgahları və zərbi-muğamlar.
Dəsgah — bütün tərkib hissələri ilə birlikdə ifa olunan muğama deyilir. Çox zaman muğam dəsgahları çoxhissəli vokal-instrumental poema da adlandırılır. Muğam dəsgahı, adətən, aşağıdakı tərkib hissələrindən ibarət olur:
Vokal-instrumental muğam dəsgahları qəzəllər əsasında oxunur.
Dinlənilən parçadan görünür ki, muğamı xanəndə oxuyur, lakin qavalda ritm tutulmur və ifaçını yalnız tar və kamança müşayiət edir.