Əsrlər boyu poeziya insanın mənəvi dünyasını zənginləşdirib, ona yaşamaq, yaratmaq və gözəlliklərdən zövq almaq imkanı verib. Qoşmalar, bayatılar, nazlamalar, oxşamalar, qəzəllər və gəraylılarla yanaşı, insanın ruhunu oxşayan, qanını coşduran, onu qəhrəmanlıqlara səsləyən, Vətəni, ananı, bəşəriyyəti sevməyə çağıran nəğmələr də mövcuddur. Hər birimizin sevə-sevə zümzümə etdiyimiz nəğmələr elə yuxarıda sadaladığımız poeziya nümunələrinin əsasında yaranıb. Şeir — sözün yaratdığı möcüzədir, musiqi isə səsin. Sözlə musiqi birləşəndə dünyaya gözəllik gəlir.