Yeddi əsas Azərbaycan klassik muğamı bunlardır: “Rast”, “Şur“, «Segah», “Çahargah“, “Bayatı-Şiraz“, “Şüştər“, “Hümayun“. Üzeyir Hacıbəyli muğamların aşıladığı əhvali-ruhiyyəni belə səciyyələndirir:
Azərbaycan klassik muğamları ifa xüsusiyyətlərinə görə : instrumental və vokal-instrumental muğamlara bölünür. Bu muğamların oxşar və fərqli cəhətləri vardır.
“Rast” muğamının “Bərdaşt” şöbəsini əvvəlcə tarın (kamançanın), sonra isə xanəndə və musiqiçilərin ifasında dinləyək.