Balet — musiqili-xoreoqrafik tamaşadır.
Balet — fransız dilindən tərcümədə “rəqs edirəm” deməkdir. İlk balet əsəri də elə Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub. Bu, italyan Baltazarini tərəfindən quruluş verilmiş “Kraliçanın gülməli baleti” tamaşası idi.
Rusiyada XIX —XX əsrlərdə Pyotr Çaykovski, İqor Stravinski, Sergey Prokofyev və başqaları bu janrda əsərlər yazmışlar. Azərbaycanda isə bu janr XX əsrin əvvəllərində Əfrasiyab Bədəlbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Aqşin Əlizadənin və başqalarının yaradıcılığında öz əksini tapmışdır.
Operadan fərqli olaraq, baletin librettosu şeirlə deyil, nəsrlə yazılır. Baleti xoreoqraf səhnələşdirir. Libretto rəqslər vasitəsilə həyata keçirilir.
Azərbaycanda və müsəlman Şərqində ilk balet Xalq artisti Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletidir. Libretto müəllifi bəstəkar özüdür. “Qız qalası” üçpərdəli baletdir.