Üzeyir Hacıbəylinin “Koroğlu” operası opera janrının parlaq nümunəsidir. Operanın libretto müəllifi Məmməd Səid Ordubadidir. Libretto “Koroğlu” dastanı əsasında yazılıb. “Koroğlu” qəhrəmanlıq dastanıdır. Koroğlu obrazı xalq üsyanına başçılıq edən cəngavərdir.
“Koroğlu” operası 1937-ci ildə Bakı şəhərində, 1938-ci ildə isə Moskvadakı Böyük Teatrda nümayiş etdirilib.
Üzeyir Hacıbəyli 1908-ci il yanvarın 25-də Bakıda «Leyli və Məcnun» operasının tamaşası ilə Azərbaycanda milli operanın bünövrəsini qoymuşdur.
1. Hansı operanı səhnədə seyr etmisiniz? Necə düşünürsünüz, operada baş verənlərlə həyat hadisələrini hansı fərq ayırır? Fikrinizi izah edin.
2. İlk opera janrının yaradıcıları kimlər olmuşdur?
3. Azərbaycanäa milli operanın bünövrəsi hansı əsərlə qoyulub?