Opera — vokal-instrumental musiqili dram əsəridir. Opera italyan dilindən tərcümədə “əsər” deməkdir. Operada əsərin mətni musiqinin müşayiəti ilə ifa edilir. Müasir operada solo, xor, vokal ifaçılığı və rəqs vəhdət təşkil edir. Opera bəstəkarla libretto müəllifinin birgə əməyinin məhsuludur.
Libretto — böyük musiqi-vokal əsərinin yazılı mətnidir.
İlk operalar İtaliyada XVI—XVII əsrlərdə Klaudio Monteverdi, Rusiyada XIX əsrdə Mixail Qlinka, Azərbaycanäa isə XX əsrin əvvəllərində Üzeyir Hacıbəyli tərəfindən yazılıb.