Kantata — bir, yaxud çoxhissəli, təntənəli, nağıl-epik xarakterli vokal-simfonik əsərdir. Kantata — italyan dilindən tərcümədə “oxumaq” deməkdir. İlk kantatalar solo şəklinäə vokal əsər idi. XVII əsrin axırlarınäa yaranan kantatalar isə artıq xor kollektivinin ifasında səslənirdi.
Dahi alman bəstəkarı İohann Sebastyan Bax gözəl kantatalar müəllifidir. Azərbaycanda kantata janrının yaradıcısı dahi bəstəkarımız Üzeyir Hacıbəylidir. Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Aqşin Əlizadə də kantata janrında gözəl əsərlər yaratmışlar. Belə əsərlərdən biri Qara Qarayevin Səməd Vurğunun eyniadlı əsəri əsasında yazdığı “Zamanın bayraqdarı” kantatasıdır.
Qara Qarayevin «Zamanın bayraqdarı» kantatasının orta (B) hissəsi not ilə ifa olunur.