Ö Z Ü M Ü Z Ü Q İ Y M Ə T L Ə N D İ R Ə K
-
Bunlardan hansılar informasiya resursudur?
– Təhsil haqqında qanun
– Milli Musiqi Fondu
– Neft mədənləri
– Bayatılar
– Mingəçevir su elektrik stansiyası.
-
Hansı informasiya resursları təlim prosesinə aiddir?
– Dərsliklər
– İnformatika otağında davranış qaydaları
– Qatarların hərəkət cədvəli
– Vətəndaşların işə qəbulu qaydaları
– Prezidentin sərəncamları
– Dərs cədvəli
– ALPLogo proqramı
-
Kompüteri İnternetə qoşmaq üçün hansı qurğudan istifadə edirlər?
-
Hansı işləri İnternet vasitəsilə görmək olar?
– Məktub göndərmək
– Musiqiyə qulaq asmaq
– Otaqları təmizləmək
– Filmlərə baxmaq
– Dostlarınızla söhbət etmək
– Başqa ölkənin kitabxanasına girmək
– Göydən Yer kürəsinə baxmaq
– Alış-veriş etmək
– Qida qəbul etmək
-
Bu simgələrdən hansılar brauzerlərə aiddir?
-
Veb-səhifədə siçanın göstəricisinin əl işarəsinə çevrilməsi nəyi bildirir?