Google ən yaxşılarından olsa da, yeganə axtarış sistemi deyil.
www.arama.com, www.yandex.ru, www.yahoo.com və digər axtarış xidmətlərindən də geniş istifadə olunur.
Bəzən axtarışın nəticəsində minlərlə səhifənin ünvanı çıxır. Onların bir çoxunun aradığınız mövzu ilə əlaqəsi olmaya bilər. Məsələn, sizi “Qaya” ansamblı maraqlandırırsa, axtarış sətrində qaya yazıb arama etsəniz, nəticə siyahısında həm musiqi, həm də geologiya ilə əlaqəli səhifələr yer alacaq. Ona görə də axtarış sisteminə sorğunu daha dəqiq vermək üçün qaya ansamblı, yaxud qaya musiqi yığmaq lazımdır.
Araşdırdığınız mövzuda mətn redaktorunda sənəd hazırlayın.