-
Siçanın göstəricisini birinci istinadın üzərinə aparın və sol
düyməni çıqqıldadın. Hansı veb-səhifə açıldı?
-
Açılan səhifədəki informasiya ilə tanış olun.
Müzakirə edək:
- Hansı brauzeri açdınız?
- Brauzer pəncərəsində hansı veb-sayt açıldı? Onun ünvanı nə idi?
- Axtarış nəticəsində tapılan resursda hansı məlumatlarla tanış
oldunuz?
- Axtarış nəticəsində daha hansı istinadları gördünüz?
İnternetdə olan külli miqdarda informasiyalar arasında lazım
olanı tapmaq üçün xüsusi axtarış sistemləri, yaxud axtarış xidmətləri mövcuddur. Axtarış sistemi veb-səhifələrin nəhəng kataloqundan ibarətdir. Bu kataloqda nə istəsəniz tapa bilərsiniz.
Geniş istifadə olunan axtarış xidmətlərindən biri olan Google
www.google.com, yaxud www.google.az ünvanında yerləşir. Onun
ax tarış sətrində axtardığınız sözü və ya söz birləşməsini yığıb
Google-da axtar düyməsini çıqqıldatmaq lazımdır.
B U M A R A Q L I D I R
Deyilənə görə, amerikalı riyaziyyatçı Edvard Kasner parkda
uşaqları ilə gəzərkən onlarla böyük ədədlər barəsində söhbət
edirmiş. Söhbət bir və yanında 100 sıfırdan düşəndə 9 yaşlı
uşaqlardan biri onu “quqol” (google) kimi adlandırmağı təklif edib.