Lazım olan informasiyanın İnternetdən tapılması
Göstərişləri yerinə yetirin və sualları cavablandırın.
- Kompüterdəki veb-brauzerlərdən birini başladın. Açılan ilk
sayt hansıdır?
-
Brauzerin ünvan zolağında www.google.az ünvanını yazıb
<Enter> klavişini basın. Müvafiq saytın pəncərəsi açılacaq. İndi
ünvan zolağında google.az yazıb <Enter> klavişini basın.
Ünvanda www. önlüyü vacibdirmi?
-
Bu saytın axtarış sətrində Azərbaycan sözünü yazın və
<Enter> klavişini basın. Axtarışın nəticəsində neçə informasiya resursu tapıldı?