İnsan informasiyanı 5 duyğu üzvü - göz, qulaq, burun , dil və dəri vasitəsilə alır.
Bu duyğu üzvlərinə uyğun olaraq qəbul edilən informasiya 5 növə ayrılır: vizual, səs, qoxu, dad və taktil informasiya.
Bəzən bir duyğu üzvündən alınan informasiya kifayət etmir. Müəyyən şəraitdə bir duyğu üzvü başqasının “çatışmazlığını” aradan qaldıra bilir.
İnsan qaranlıqda əşyanı gözlə görə bilməsə də, ona toxunmaqla əşyanın forması, ölçüsü, hazırlandığı material haqqında informasiya ala və onu tanıya bilər.