İstifadəsinə qoyulan məhdudiyyətlərə görə informasiya resurslarını fərdi məlumatlar, kommersiya sirri, yaxud dövlət sirri kimi kateqoriyalara ayırmaq olar.
İnformasiya resurslarını mövzular üzrə də qruplaşdırmaq olar: təhsil resursları, qanunlar, statistik resurslar və s.
Son vaxtlar informasiya resurslarının əksəriyyəti elektron daşıyıcılarda, İnternetdə yerləşdirilir. İnternetin köməyi ilə hər kəs istənilən mövzuda informasiyanı çox asanca əldə edə bilər.
Resurslar tükənən və tükənməyən olur. Məsələn: neft, təbii qaz, kömür, minerallar və başqa faydalı qazıntılar gec-tez qurtaracaq. Belə resursları bərpa etmək mümkün deyil. Tükənməyən resurslar isə zaman keçdikcə azalmır. Günəş enerjisi, külək, dalğalar, okeanlarda qabarma və çəkilmələr belə resurslardandır.
Ölkəmizdə hansı tükənən təbii resurslar var? Sizcə, onların tükənməsinin qarşısını almaq olarmı?