ALPLogo proqramlaşdırma mühitində müxtəlif həndəsi fiqurlar çəkmək olar.
-
Uyğun komandalardan istifadə edib iki paralel düz xətt parçasını
çəkək. Bunun üçün proqram hissəsində aşağıdakı komandaları
yazıb Çalışdır düyməsini çıqqıldatmaq lazımdır.
qələmiendir
sağa 90
irəli 200
qələmiqaldır
sağa 90
irəli 30
sağa 90
qələmiendir
irəli 200
______________________________________
______________________________________
-
Bərabərtərəfli üçbucaq çəkmək üçün Bağa bir tərəfi çəkib 120°
dönməlidir. Aşağıdakı proqramın icrasından sonra tərəfi 100
olan bərabərtərəfli üçbucaq çəkiləcək.
qələmiendir
sağa 90
irəli 100
sola 120
irəli 100
sola 120
irəli 100
Bağa fiqurları müxtəlif rənglərlə də çəkə bilər. Bunun üçün
çəkməyə başlamazdan öncə qələminrəngi komandası verilir və
lazım olan rəngin nömrəsi göstərilir. Rəng seçimi komandasını
proqrama artıran zaman ekranın aşağı hissəsində yerləşən və üzərin də nömrələr yazılmış palitradan istifadə etmək olar. Bağa
cəmisi 16 rəng tanıyır (qara rəngin nömrəsi 0-a bərabərdir).