İnformasiyanın qəbul edilməsi
Verilmiş informasiyaları iş vərəqində yazın. Açar sözlərdən istifadə etməklə hər bir informasiyanın
yanında onu əldə etməyin mümkün yollarını göstərin.
Yağış yağır.
Krandan gələn su qaynardır.
Yeməyin duzu yoxdur.
Qapı döyülür.
Anam mətbəxdə qutab bişirir.
Açar sözlər: görməklə, eşitməklə, toxunmaqla, iyləməklə,
dadmaqla.
Müzakirə edək:
- Nə üçün bütün informasiyaları eyni üsulla qəbul etmək olmur?
- İnformasiyanın qəbul edilməsi üsulu nədən asılıdır?