ALPLogo proqramlaşdırma mühitində sadə fiqurların çəkilməsi
Alqoritmi yerinə yetirin və sualları cavablandırın.
- ALPLogo proqramını başladın.
- Aşağıdakı komandaları ardıcıl yazın. Sonra düyməsini
çıqqıldadın. İcraçı hansı işi gördü?
sil
ilkinvəziyyət
qələmiendir
irəli 100
sola 90
-
Proqrama aşağıdakı komandaları əlavə edib yenidən düyməsini çıqqıldadın.
irəli 100
sola 90
irəli 100
sola 90
irəli 100
Müzakirə edək:
- Bağa hansı fiquru çəkdi?
- Neçə dəfə irəli və neçə dəfə sola komandası icra edildi?
-
Neçə dəfə irəli və neçə dəfə sola komandası icra edildi?
-
Əgər bütün sola komandalarının əvəzinə sağa komandasını yazsaydınız, nəticədə hansı fiqur alınardı?
-
Bağa nə qədər yol getdi?