Komandalar vasitəsilə damalı vərəq üzərində xətt və ya fiqurların
çəkilməsi
Siz 4-cü sinifdə Cizgiçi ilə tanış olmusunuz. Cizgiçi damalı vərəqin
sol yuxarı küncündə dayanıb. Elə komandalar verin ki, o, damalı
vərəqdə monitor şəkli çəksin.
Müzakirə edək:
-
Cizgiçinin hərəkət etməsi üçün hansı komandaları verdiniz?
-
Cizgiçi hansı komandadan sonra keçdiyi yerdə iz qoyur?
-
Verilmiş məsələnin həll alqoritmi neçə addımdan ibarət
oldu?