Məsələ. 8 litrlik və 3 litrlik balonlar vasitəsilə 7 litr suyu necə yığmaq olar? Bu məsələnin həll alqoritmini cədvəllə göstərin.
Məsələnin həll alqoritmini əvvəlcə sözlə ifadə edək:
- 8 litrlik qabı su ilə doldurmaq.
- 8 litrlik qabdakı sudan tökməklə 3 litrlik qabı doldurmaq.
- 3 litrlik qabdakı suyu yerə boşaltmaq.
- 8 litrlik qabdakı sudan tökməklə 3 litrlik qabı doldurmaq.
- 3 litrlik qabdakı suyu yerə boşaltmaq.
- 8 litrlik qabda qalan 2 litr suyu 3 litrlik qaba boşaltmaq (indi
3 litrlik qabı doldurmaq üçün 1 litr su lazımdır).
- 8 litrlik qabı su ilə doldurmaq.
- 8 litrlik qabdakı sudan tökməklə 3 litrlik qabı doldurmaq.
İndi 8 litrlik qabda düz 7 litr su qalacaq.
Sözlə ifadə edilmiş bu alqoritmi cədvəl şəklində aşağıdakı kimi
göstərmək olar.
Addımlar |
Su qabları |
8 litrlik |
3 litrlik |
Başlanğıc |
0 |
0
|
1 |
8 |
0 |
2 |
5 |
3
|
3 |
5 |
0 |
4 |
2 |
3 |
5 |
2 |
0 |
6 |
0 |
2 |
7 |
8 |
2 |
8 |
7 |
3 |