Alqoritmin addımları müəyyən qaydada bir-birinin ardınca yazılır. Ancaq onların yazıldıqları ardıcıllıqla yerinə yetirilməsi vacib deyil. Addımların yerinə yetirilmə ardıcıllığına görə alqoritmləri üç növə ayırmaq olar.
Xətti alqoritmlərdə addımlar yazıldığı ardıcıllıqla bir düz xətt üzrə yerinə yetirilir. Elə alqoritmlər də var ki, növbəti addımda şərtdən asılı olaraq iki variantdan biri seçilir. Belə alqoritmlər budaqlanan alqoritmlər adlanır.
Bəzən alqoritmləri cədvəl şəklində göstərmək daha əlverişli sayılır.