Ancaq sözlə verilmə üsulu həmişə əlverişli olmur. Alqoritmi təsvir etmək üçün qrafik üsullardan – şəkil, sxem və cədvəllərdən daha çox istifadə olunur. Alqoritmlərin qrafik təsvirinə oyuncaqların, eləcə də başqa əşyaların yığılması üçün təlimatlarda rast gəlmək mümkündür. Yarımfabrikat yeməklərin hazırlanma qaydaları çox vaxt şəkillərlə verilir. Məlumatın hansı dildə yazılmasından asılı olmayaraq, şəkillərlə təsvir olunmuş alqoritmlər daha anlaşıqlı olur.
Qrafik yazılış formasının ən çox istifadə olunan növü blok-sxemdir. Bu formadan, əsasən, proqramlaşdırmada istifadə edilir. Burada alqoritmin addımları həndəsi fiqurlar şəklində verilir, onların ardıcıllığını göstərmək üçünsə keçid xətlərindən istifadə olunur.