Alqoritmin müxtəlif formalarda göstərilməsi
Verilmiş məsələnin həll alqoritmini müxtəlif üsullarla yazın.
6 litrlik balon su ilə doludur. 3 və 4 litrlik boş balonlardan istifadə etməklə 5 litr suyu necə almaq olar?
Müzakirə edək:
- Məsələnin həllini sözlərlə necə söyləmək olar?
- Həll addımlarını balonların şəkilləri ilə göstərmək olarmı?
- Həlli cədvəl, yaxud sxem şəklində necə göstərmək olar?