Hər gün məktəbdə, evdə, küçədə müxtəlif məsələlər həll edirik. Həmin məsələlərin həlli, adətən, bir neçə ardıcıl addımdan ibarət olur.
Məsələn, düzbucaqlının perimetrini hesablamaq üçün aşağıdakı hərəkətlər ardıcıllığını yerinə yetirmək lazımdır:
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığına alqoritm deyilir. Alqoritmdə hər bir bitkin hərəkət addım, yaxud alqoritmin addımı adlanır.
İstənilən hərəkətlər ardıcıllığına alqoritm demək olmaz. Hərəkətlər ardıcıllığının alqoritm adlandırılması üçün hər bir hərəkət dəqiq və konkret olmalı, onların sayı isə sonlu olmalıdır.