DƏRSLİKLƏ NECƏ İŞLƏMƏLİ?
Dərslikdə hər mövzu üzrə materiallar xarakterinə görə bu ardıcıllıqla
yerləşdirilmişdir:
- Maraqoyatma.
Mövzunun tətbiqləri ilə bağlı maraqlı vəziyyət və
hadisələr təsvir edilir, motivasiya yaradılır və suallarla yekunlaşır.
-
Fəaliyyət.
Maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrin
səbəb-nəticə əlaqələrinin kəşf edilməsinə yönəlmiş tədqiqat xarakterli
tapşırıqlar verilir. Praktik dərslərdə fəaliyyət tapşırığı alqoritm şəklində
təqdim olunur və hər bir addımın nəticəsi qeyd olunur.
Sözlük. Hər mövzu üzrə öyrənilən əsas anlayışlar.
-
İzahlar. Fəaliyyət zamanı kəşf etdiyiniz faktlarla bağlı bəzi açıqlamalar
verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, düsturlar, bir sözlə, dərsin əsas məzmunu burada əks etdirilir.
-
Bu maraqlıdır. Əldə edilən bilikləri dərinləşdirmək üçün
nümunələr və maraqlı məlumatlar verilir.
-
Araşdıraq-öyrənək. Mövzuda öyrənilənləri tam amlamaq, tətbiq etmək
və onlara münasibət bildirmək məqsədi ilə verilən tapşırıqlardır.
-
Sual və tapşırıqlar. Hər mövzuda öyrəndiklərinizi nümayiş etdirmək
üçün nəzərdə tutulub.
Özümüzü qiymətləndirək hissəsində tədris vahidində öyrəndiklərinizin
tətbiqi ilə bağlı ümumiləşdirici sual və tapşırıqlar verilmişdir. Onlar
summativ qiymətləndirməyə hazırlıq üçün də istifadə oluna bilər.
ALPLogo proqramını
www.bakineshr.az, yaxud
www.informatik.az ünvanından
yükləmək olar.