-
Fiqurları birləşdirin. Bunu necə etdiniz?
-
Fiqurları bayrağın müvafiq rəngləri ilə boyayın. Bunun üçün hər bir
düzbucaqlını seçdirin və düyməsindən istifadə
edin. Açılan rəng
qutusundan lazım olan rəngi seçin.
-
Aypara və səkkizguşəli ulduzu çəkmək üçün avtofiqurlardan istifadə edin:
-
Ayparanı və ulduzu bayrağın üzərində düzgün yerləşdirin.
-
Ölçüləri dəyişdirin. Bunun üçün seçdirilmiş fiqurun künclərində olan tutacaqlardan istifadə
edin.
-
Sənədi kompüterin yaddaşında Bayraq adı ilə saxlayın. Bunun
üçün nə etməlisiniz?
-
Sənədi çapa verin. Bunu necə etmək olar?
Müzakirə edək:
-
Bu şəklin qrafik redaktorda çəkilməsi ilə mətn redaktorunda çəkilməsinin hansı oxşar və
fərqli cəhətləri var?
Word mətn redaktorunda rəsm alətləri zolağını açmaq üçün
öncə hər hansı rəsmi seçmək lazımdır. Bu zaman proqram pəncərəsinin
başlıq zolağında Drawing Tools yazısı görünəcək. Həmin
yazını çıqqıldatdıqda rəsm alətləri zolağı açılacaq.
MS Word proqramının rəsm alətləri zolağı:
OpenOffice.org Writer proqramının rəsm alətləri zolağı: