Mətn redaktorunda aşağıdakı mətni yığın. Kompüterin yaddaşından,
yaxud başqa mənbələrdən uyğun şəkil tapıb mətnə əlavə edin.
NEFT NƏDİR
Neft ən geniş istifadə edilən yanacaq növüdür. Neft insanlara çox
xeyir verir. Onun köməyi ilə biz işıq, istilik alırıq. Neftin vasitəsilə
maşın, təyyarə və gəmilər hərəkətə gəlir. Bütün dünyada vətənimiz
“Neft səltənəti” adlandırılır.