- Insert⇨Picture menyu komandasını seçin. Hansı pəncərə açıldı?
- İş masasında öz adınızla yaratdığınız qovluqdan əvvəlki dərslərdə saxladığınız şəkli tapın.
Faylı seçdirib Open (Word proqramında Insert) düyməsini çıqqıldadın. Sənəddə nə baş verdi?
Müzakirə edək:
- Şəkli necə əlavə etdiniz?
- Şəklin ölçüləri sizi qane edirmi?
- Şəklin yerini və ölçülərini necə dəyişmək olar?
Bəzi şəkillər qrafik redaktorlar va sitə silə hazırlanır, bəziləri isə
skaner qurğusu ilə kompüterə daxil edilir.Şəkilləri fləş və digər
yaddasaxlama qurğuları vasitəsilə də bir
kompüterdən
S Ö Z L Ü K
-
Şəklin seçdirilməsi
-
Tutacaq
başqasına köçürmək olur. Lazım olan şəkli İnternetdə də tapıb kompüterin yaddaşına yazmaq mümkündür.
Mətnə daxil edilən şəklin ölçüləri münasib olmaya bilər. Bu halda şəklin ölçülərini dəyişmək olar.
Bunun üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:
-
Şəkli seçdirin. Bu zaman çərçivənin künclərində və tərəflərinin
ortasında qara düzbucaqlılar – tutacaqlar əmələ gələcək.
-
Siçanın göstəricisini tutacaqlardan birinin üzərinə aparın.
Göstərici ikiyönlü ox formasını alacaq.
-
Siçanın sol düyməsini basıb saxlamaqla onu istədiyiniz istiqamətə hərəkət etdirin. Şəklin ölçüləri
dəyişəcək.