Mətn redaktorun da mətnin yaddaşda saxlanması
Göstərişləri yerinə yetirin və sualları cavablandırın.
-
Mətn redaktorunu başladın.
-
düyməsindən, yaxud File⇨New menyu komandasından
istifadə etməklə yeni sənəd yaradın. Ekranda nə göründü?
-
Aşağıdakı mətni daxil edin:
Planetimizdə ən böyük səhra Saxaradır. Onun uzunluğu 5630 kmdən
yuxarıdır. Saxaranın sahəsi təxminən ABŞ-ın sahəsinə bərabərdir. Bu səhra bir neçə dövlətin – Mərakeş, Əlcəzair, Tunis,
Liviya, Sudan, Çad, Niger, Mali və Mavritaniyanın ərazisində
yerləşir.
Mətni yığmaq üçün klaviaturanın dilini Azərbaycan dilinə necə
dəyişdiniz?
-
Sənədi saxlamaq üçün alətlər zolağındakı Save düyməsini
çıqqıldadın, yaxud File⇨Save As menyu bəndini seçin. Açılmış
pəncərənin başlığı necə adlanır?
-
File name sahəsində Saxara sözünü yazın və həmin sahənin sağındakı Save düyməsini çıqqıldadın. Nə baş verdi?