Aşağı siniflərdən məlum olan alətləri seçməklə müxtəlif şəkillər çəkmək olar. Pəncərənin yuxarısında alətlər, formalar və rənglər bölümləri yerləşir.
Alətlər qutusundan hər hansı aləti seçmək üçün siçanın göstəricisini onun üzərində çıqqıldatmaq lazımdır.
Karandaşla şaquli, üfüqi və diaqonal xətlər çəkmək üçün <Shift> klavişindən istifadə olunur. <Shift> klavişi basılmışsa, çəkilən xətlər ya şaquli, ya üfüqi, ya da 45 dərəcəli bucaq altında olacaq. Xətti çəkdikdən sonra <Shift> klavişini buraxın.
Paint
proqramının
alətləri