Qrafik redaktorda çəkilmiş şəklin yaddaşda saxlanması
Göstərişləri yerinə yetirin və sualları cavablandırın.
- Paint proqramını başladın. Alətlər qutusundakı hansı alətləri
tanıyırsınız?
-
Alətlər qutusunun alətlərindən və palitranın
rənglərindən istifadə
edib istədiyiniz bir şəkli
çəkin. Bunun üçün hansı
alətlərdən istifadə etmək olar?
-
Proqram pəncərəsini
tapşırıqlar zolağına yığın. İş masasında əvvəlki dərslərdən öz adınızla yaratdığınız
qovluğu tapın. Əgər yoxdursa, onu yaradın. Paint proqram
pəncərəsini bərpa edin. Bunun üçün nə etmək lazımdır?
-
Çəkdiyiniz şəkli kompüterin yaddaşında saxlamaq üçün men yu
sətrindən File⇨Save As bəndini seçin. Öz adınızla yaratdığınız
qovluğu tapıb açın. Qovluq harada yerləşir?
-
File name sahəsində şəkli adlandırın və Ok düyməsini çıqqıldadın. Şəkil faylının qovluğa yazıldığını yoxlayın.
-
Proqram pəncərəsini qapadın.
Müzakirə edək:
- Paint proqram pəncərəsinin sizə məlum olan hissələrini sadalayın.
- Şəkli çəkərkən hansı alətlərdən istifadə etdiniz?