S Ö Z L Ü K
-
Pəncərə
-
Başlıq zolağı
-
Menyu zolağı
-
Fırlatma zolaqları
Pəncərəni böyüdüb-kiçiltmək, yerini dəyişmək və qapatmaq olar. Onu tapşırıqlar zolağında müvəqqəti
yerləşdirmək də mümkündür. Bu zaman yığılmış pəncərə tapşırıqlar
zolağında düymə ilə əvəzlənir. Bu düyməni
çıqqıldatmaqla pəncərəni yenidən bərpa etmək olar.
Siçan vasitəsilə pəncərənin ölçülərini dəyişmək mümkündür.
Bunun üçün siçanın göstəricisini pəncərənin ixtiyari tərəfinin və
ya küncünün üzərinə aparın. Bu zaman siçanın göstəricisi ikiyönlü ox şəklini (↔) alacaq. Siçanın sol düyməsini basıb saxlayın:
indi siçanı ox istiqamətində hərəkət etdirsəniz, pəncərə həmin istiqamətdə böyüyəcək, yaxud kiçiləcək.
A R A Ş D I R A Q – Ö Y R Ә N Ә K
Aşağıdakı göstərişləri yerinə yetirin:
1. Kompüterdə bir neçə pəncərə açın.
2. Onların ölçülərini kiçildib yan-yana düzün.
3. Siçanın göstəricisi vasitəsilə bir pəncərədən digərinə keçin.
4. Pəncərələri qapadın.
• • • S U A L V Ə T A P Ş I R I Q L A R • • •
-
Kompüterdə pəncərə hansı elementlərdən ibarətdir?
-
Pəncərə üzərində hansı əməliyyatları aparmaq olar?
-
Kompüterdə eyni zamanda neçə pəncərə açmaq olar?
-
Pəncərəni qapatmadan onu iş masasından necə “yığışdırmaq” olar?
-
Başlıq zolağından hansı məqsədlər üçün istifadə etmək olar?
-
Aşağıdakı fikirlərdən yalan olanı doğruya çevirin:
-
Proqram pəncərəsini kiçildib-böyütmək üçün düyməsindən
istifadə olunur.
-
Proqram pəncərəsini tapşırıqlar zolağına yığmaq üçün düyməsindən istifadə edilir.