Pəncərə Windows əməliyyat sisteminin əsas obyektlərindən biridir. Əməliyyat sisteminin
adı da məhz bu
sözdən yaranıb (ingiliscə “windows” – “pəncərələr”). İş masasında hansısa simgəni
çıqqıldatdıqda, yaxud
hər hansı proqramı başlatdıqda ekranda pəncərə
açılır.
Bəs pəncərə hansı hissələrdən ibarətdir?
Pəncərənin çərçivəsi və başlıq zolağı olur. Başlıq zolağında açılmış proqramın, sənədin, yaxud qovluğun adı yazılır. Başlıq zolağının altında komandaların siyahısından ibarət menyu zolağı yerləşir.
Açılmış sənəd pəncərəyə sığışmırsa, fırlatma zolaqlarından istifadə etməklə onun istənilən yerinə baxmaq olar.
Pəncərəni böyüdüb-kiçiltmək, yerini dəyişmək və qapatmaq olar. Onu tapşırıqlar zolağında müvəqqəti yerləşdirmək də mümkündür. Bu zaman yığılmış pəncərə tapşırıqlar zolağında düymə ilə əvəzlənir. Bu düyməni çıqqıldatmaqla pəncərəni yenidən bərpa etmək olar.