Bir vərəqdə müxtəlif məzmunlu bir neçə yazı olduqda, adətən,
qarışmaması üçün onları bir-birindən çərçivələrlə ayırırıq. Windows
əməliyyat sistemində işləyərkən eyni zamanda ekranda bir neçə
sənəd, yaxud proqram açmaq olar. Ona görə də istifadəçi üçün
işləmək rahat olsun deyə ayrıca proqramları, yaxud sənədləri də
müəyyən çərçivələrin içərisində əks etdirmək məqsədəuyğun olur.
Belə çərçivələrə pəncərə deyilir.
Adi pəncərə ilə proqram pəncərəsi arasında hansı oxşarlığı
görürsünüz?
F Ә A L İ Y Y Ә T
Proqram pəncərəsi ilə iş
Göstərişləri yerinə yetirin və sualları cavablandırın.
İş masasında Paint proqram simgəsini ikiqat
çıqqıldadın. Açılan pəncərəyə nəzər salın.
düymələri harada yerləşir?
Pəncərənin düyməsini çıqqıldadın. Nə baş verdi?
Pəncərənin ölçülərini siçan vasitəsilə dəyişdirin. Bunun üçün göstəricini pəncərənin
çərçivəsinin üstünə aparın və sol düyməni basıb
saxlayaraq siçanı hərəkət etdirin. Siçanı sola, sağa, yuxarı və aşağı
hərəkət etdirdikcə pəncərənin tərəfləri necə dəyişir?
Pəncərənin yerini dəyişin. Bunun üçün göstəricini pəncərənin başlıq zolağının üzərinə aparın
və sol düyməni basıb saxlayaraq siçanı
hərəkət etdirin. Siçanı hərəkət etdirdikcə pəncərə yerini necə dəyişir? Hansı dəyişiklik baş verdi?